BAKI, 6 fevral. TELEQRAF
İran və ABŞ arasında keçirilən danışıqlar yaxşı başlanğıc olub.
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlayıb.
"Məsləhətləşmələrdən sonra qərar veriləcək, amma danışıqların davam etdirilməsi prinsipi ilə bağlı konsensus olduğu görünür" , - Əraqçi bildirib.
Qeyd edək ki, Omanın paytaxtı Maskatda ABŞ və İran arasında nüvə danışıqlarının birinci raundu keçirilib.