BAKI, 6 fevral. TELEQRAF
Omanın paytaxtı Maskat şəhərində İran və ABŞ nümayəndə heyətləri arasında nüvə proqramına dair rəsmi danışıqlara start verilib.
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.
Müzakirələrin əsas mövzusunu İranın nüvə proqramı ətrafındakı mövcud vəziyyət və tərəflər arasındakı gərginliyin diplomatik yollarla azaldılması təşkil edir.