BAKI, 6 fevral. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubu Portuqaliya təmsilçisi “Portu”nun futbolçusu Deniz Gül üçün rəsmi təklif göndərib.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, “sari-lərcivərtlilər”in rəhbərliyi transfer pəncərəsinin bağlanmasına az qalmış 22 yaşlı oyunçunun meneceri ilə əlaqə saxlayıb.
Lakin bu təklif rədd edilib. Deniz Gülün komandadan ayrılmaq istəmədiyi və mövsümü hazırkı klubunda başa vurmağı planlaşdırdığı bildirilib. Futbolçu tərəfinin bu qəti mövqeyinə görə transfer danışıqlarının nəticəsiz qalıb.
Transfer dövrü boyunca Deniz Gülün adı “Qalatasaray”la da hallansa da, Deniz Gül Türkiyə Superlqasına gəlmək istəməyib.
Qeyd edək ki, Deniz Gül 2024-cü ilin yayından “Portu”nun şərəfini qoruyur. 2029-cu ilə qədər müqaviləsi olan futbolçunun hazırkı bazar dəyəri 6 milyon avro olaraq qiymətləndirilir. O, Türkiyə millisinin heyətində isə indiyədək 5 oyun keçirib və 1 qola imza atıb.