TOVUZ, 6 fevral. TELEQRAF

Fotolar əlavə olundu.

***

17:06

Tovuzda yaşlı kişi bədbəxt hadisə nəticəsində vəfat edib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Qovlar şəhərində 1942-ci il təvəllüdlü Cəmil Kazımov yanan sobanın üzərinə düşüb və yanaraq ölüb.

Alov evin bir hissəsinə də keçib, amma tikili tam yanmayıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.