BAKI, 6 fevral. TELEQRAF

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, ölkədə bəzi videooyunlar və süni intellektlə işləyən çatlar uşaqlar üçün qadağan oluna bilər.

Teleqraf xəbər verir ki, bu barədə Makron "YouTube" kanalı "Brut"a müsahibəsində bildirib.

"Son iki-üç ay ərzində müstəqil ekspertlərdən rəylər alacağıq. Əgər onlar desə ki, bu oyunlar və çatlar uşaqlar üçün zərərlidir və təhlükəlidir, o zaman biz qaydalar təklif edəcəyik. Ola bilər ki, qadağalar da tətbiq olunsun", - o deyib.

Prezident qeyd edib ki, zorakı videooyunlar yeniyetmələrin psixikasını pozur və onları cinayətə təşviq edə bilər.