BAKI, 6 fevral. TELEQRAF
Ermənistanda növbəti parlament seçkiləri 7 iyunda keçiriləcək.
Teleqraf xəbər verir ki, müvafiq fərman prezident Vaaqn Xaçaturyanın saytında dərc edilib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin 2026-cı il iyunun 7-də keçiriləcəyini bildirmişdi.