BAKI, 6 fevral. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılarına məxsus olduğu iddia edilən gəmiyə zərbə endirildiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat ABŞ Cənub Komandanlığının "X" sosial şəbəkəsində yaydığı açıqlamada yer alıb.

Məlumata görə, kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərq hissəsində narkotiklərin qaçaqmalçılığı üçün istifadə olunan tanınmış marşrutlar üzrə hərəkət etdiyini və narkotik daşımalarında iştirak etdiyini təsdiqləyib.

Bildirilir ki, əməliyyat zamanı iki narkotik terrorçusu öldürülüb.