BAKI, 6 fevral. TELEQRAF

İsrailin baş naziri Benyamin Netanyahu Misirin hərbi potensialının güclənməsindən narahatlığını ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə "Ma’ariv" qəzeti məlumat yayıb.

Məlumata görə, Netanyahu bu fikirləri İsrail parlamentinin xarici işlər və müdafiə komissiyasının qapalı iclasında səsləndirib. O bildirib ki, İsraillə Misir arasında diplomatik münasibətlər və ortaq maraqlar mövcuddur, lakin Misir ordusu hazırda fəal şəkildə güclənir.

“Buna diqqətlə nəzarət etmək və həddindən artıq güclənməyə yol verməmək lazımdır”, - deyə Netanyahu parlamentarilərlə görüşdə vurğulayıb.

Qeyd olunur ki, İsrailin baş naziri oxşar narahatlıqları daha əvvəl də dilə gətirib.