BAKI, 6 fevral. TELEQRAF

Beynəlxalq Atom Enerjisi Agentliyi ( BAEA ) nüvə obyektlərini yoxlamaq üçün müfəttişlərini İrana göndərməyə həmişə hazırdır.

Teleqraf xəbər verir ki, bunu BAEA baş direktoru Rafael Qrossi "Rossiya-24" telekanalına verdiyi müsahibədə bildirib.

"Əlbəttə ki, müfəttişlərimiz ora getməyə hazırdırlar. Hazırda onlar İranda kiçik əraziləri yoxlayırlar, amma istənilən vaxt daha vacib olanları da araşdırmağa hazırdırlar", - deyə o bildirib.

Qrossinin sözlərinə görə, 12 günlük İran-İsrail müharibəsi çıxılmaz vəziyyət yaradıb: "ABŞ İranın heç bir nüvə fəaliyyəti ilə məşğul olmasını istəmir, lakin bu, Tehranın mövqeyinə ziddir".