BAKI, 6 fevral. TELEQRAF
Abşeron rayonunda 17 yaşlı yeniyetmənin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Teleqraf-a bildirib ki, zərərçəkən şəxs valideynləri ilə birgə polis idarəsinə dəvət edilərək izahatı alınıb.
Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır.
Sosial mediada yayılan görüntülərdə hadisənin məktəbin ərazisində baş verdiyi bildirilib.
Əldə etdiyimiz məlumata görə, hadisə məktəbdən kənar ərazidə baş verib. İnsidentdə iştirak edənlər fərqli məktəbin şagirdləri olub.