BAKI, 6 fevral. TELEQRAF

Türkiyənin Ərzincan vilayətində 4,9 maqnitudada zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 4,52 km dərinlikdə yerləşib.

Təbii fəlakətin təsirləri barədə hələ ki məlumat yoxdur.