BAKI, 6 fevral. TELEQRAF
Amerikalı milyarder İlon Mask ABŞ-nin müflisliyinin qaçılmaz olduğunu bə bu təhlükənin qarşısını yalnız süni intellekt texnologiyaları və robotların ala biləcəyini deyib.
Teleqraf xəbər verir ki, Mask bu fikirləri amerikalı bloqer Dvarkeş Patelə məxsus "YouTube" kanalında yayımlanan podkastda səsləndirib.
Onun sözlərinə görə, ABŞ hazırkı vəziyyətdə çıxış yoluna malik deyil.
“Bir ölkə olaraq süni intellekt və robotlar olmadan 1000 faiz ehtimalla müflis olacağıq. Dövlət borcu problemini başqa heç nə həll edə bilməz”, - deyə Mask bildirib.
Milyarder ABŞ-nin dövlət borcunun sürətlə artdığını vurğulayıb. Onun fikrincə, məhz süni intellektlə robot texnologiyalarının inkişafı dövlət borcu probleminin öhdəsindən gəlməyə kömək edə bilər.
Qeyd edək ki, ABŞ-nindövlət borcu 38,6 trilyon dolları ötür ki, bu da hər bir ölkə sakininə orta hesabla 112 min dollardan çox məbləğ düşməsi deməkdir.