BAKI, 6 fevral. TELEQRAF
Pakistanın paytaxtı İslamabadın cənub-şərqində yerləşən Tarlay rayonunda cümə namazı zamanı "Xədicə əl-Kübra" məscidində dəhşətli partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə DAWN məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində azı 31 nəfər həlak olub, 169 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıların bir çoxunun vəziyyətinin kritik olması səbəbindən ölənlərin sayının artacağı istisna edilmir.
Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni kəskin şəkildə pisləyərək başsağlığı verib.