BAKI, 6 fevral. TELEQRAF
Konqo Demokratik Respublikası, Angola və Namibiya Britaniyada qeyri-qanuni yaşayan vətəndaşlarını qəbul etməyə razılıq verib.
Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.
Bu qərar Londondan vizaların verilməsinə tam qadağa tətbiq ediləcəyi ilə bağlı hədədən sonra qəbul olunub.
İndi Böyük Britaniyada məhkum edilmiş təxminən 4 min cinayətkar bu üç ölkəyə deportasiya oluna bilər.