BAKI, 6 fevral. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə proqramı ətrafında yaranmış böhranın tənzimlənməsi ilə bağlı planlaşdırılan danışıqlar ərəfəsində Oman tərəfi ilə danışıqlar aparıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Əraqçi səfəri zamanı İran XİN rəhbərinin müavinləri Məcid Taxt-Rəvançi və Həmid Qənbəri, həmçinin ölkənin xarici siyasət idarəsinin rəsmi nümayəndəsi İsmail Bəqayi ilə birlikdə olub.
Gözlənildiyinə görə, ABŞ və İran nümayəndə heyətləri cümə günü Omanda Tehranın nüvə proqramı üzrə məsləhətləşmələr keçirəcək.