BAKI, 1 fevral. TELEQRAF

Balkan dövlətləri Avropa İttifaqına üzvlük məsələsində Ukraynadan üstün mövqedədir.

Teleqraf xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani "della Sera" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İtaliya Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyir, lakin ilk növbədə Balkan ölkələri inteqrasiya prosesini başa çatdırmalıdır. Tayani vurğulayıb ki, Roma Balkan regionu qarşısında müəyyən öhdəliklərə malikdir.

Nazir əlavə edib ki, Ukraynaya dəstək davam etdiriləcək, amma ölkə Avropa İttifaqına üzvlük üçün bütün zəruri mərhələləri keçməlidir.