BAKI, 28 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin iri hərbi qüvvələrinin İrana yaxınlaşdığını bəyan edib və Tehranın razılaşmaya getməsinə ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Amerika lideri qeyd edib ki, Vaşinqton regionda vəziyyəti diqqətlə izləyir və İranla bağlı atılan addımlar bu kontekstdə qiymətləndirilməlidir.

Trampın sözlərinə görə, ABŞ tərəfi diplomatik həllin mümkün olacağına ümid edir və Tehranla razılaşmanın əldə olunmasını arzulayır.

Qeyd edək ki, ABŞ mediasında yayılan məlumatlara əsasən, Pentaqon Yaxın Şərqdəki müttəfiqlərlə İran ətrafında məsləhətləşmələr aparır və Vaşinqtona potensial hərbi variantlar təqdim oluna bilər.