BAKI, 23 yanvar. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüş başa çatıb. Görüş 3,5 saatdan çox davam edib.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

02:49

Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsi üzrə aparılan danışıqları iki saatdan artıqdır davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.

Görüşün başlanması barədə yanvarın 22-də təxminən saat Moskva vaxtı ilə 23:25-də xəbər verilib.

***

01:55

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı sahibkar Cared Kuşnerlə görüşü bir saatdan çoxdur davam edir.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***

00:37

Rusiya Prezidenti Vladimir Putin Moskvaya səfər edən ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı sahibkar Cared Kuşnerlə görüş keçirir.

Teleqraf xəbər verir ki, bu barədə TASS Rusiya Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, görüşün əsas mövzusu Ukrayna böhranının nizamlanmasıdır. Bununla yanaşı, tərəflərin Rusiyanın “Sülh Şurası”na dəvət olunması məsələsini, eləcə də ABŞ-də əvvəlki administrasiya dövründə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin taleyini müzakirə etməsi planlaşdırılır.

Görüşdə həmçinin Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edirlər.

Qeyd edək ki, bu, Stiven Uitkoffun Kremlə sayca yeddinci səfəridir. Görüş Ukrayna məsələsi üzrə aparılan danışıqlar fonunda baş tutur.