BAKI, 13 yanvar. TELEQRAF

İranın Romadakı səfiri İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajani bildirib.

Tayani qeyd edib ki, səfirin XİN-ə çağırılmasının səbəbi İrandakı etiraz aksiyalarının zorakılıqla dağıdılması ilə bağlıdır.

Nazir qeyd edib ki, İtaliya İranda mövcudluğunu qoruyub saxlayıb və dialoqdan yayınmayıb: "Lakin bu, o demək deyil ki, biz rejimin öz vətəndaşlarına qarşı qəddar repressiyalarını passiv şəkildə qəbul edirik".