BAKI, 8 yanvar. TELEQRAF

Palau bayrağı altında üzən "Elbus" adlı neft tankeri Qara dənizdə dronların hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə IHA məlumat yayıb.

Məlumata görə, zərbə tankerinin korpusunun yuxarı hissəsinə dəyib. Hadisə zamanı ekipaj üzvləri xəsarət almayıb.

Hazırda tanker Türkiyə sahillərinə yaxın ərazidədir. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.