BAKI, 20 dekabr. TELEQRAF
Avropa Birliyi ölkələri 2028-ci ildən başlayaraq Ukraynaya ayrılan kreditlər üzrə hər il 3 milyard avro faiz ödəyəcəklər. Macarıstan, Çexiya və Slovakiya bu mexanizmdə iştirak etmir.
Teleqraf xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Nəşrin Avropa Komissiyasının rəsmilərinə istinadən verdiyi məlumata görə, Aİ ölkələri Ukraynanın müdafiəsini maliyyələşdirmək üçün ümumi borcun artırılması planının bir hissəsi olaraq hər il 3 milyard avro faiz ödəyəcəklər.
Brüssel sammitində Aİ liderləri dondurulmuş Rusiya aktivlərindən istifadə etmək əvəzinə, Ukraynanın ehtiyaclarını maliyyələşdirmək üçün 90 milyard avroluq ortaq borcun verilməsi barədə razılığa gəliblər. Plana əsasən, gələn il Ukraynaya 45 milyard avro ayrılacaq ki, bu da "Kiyevə beşinci hərbi əməliyyat ilində həyati dəstək verəcək". Qalan vəsait isə 2027-ci ildə ödəniləcək.