BAKI, 20 dekabr. TELEQRAF

Honqkonqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 161-ə çatıb.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, məlumatlar məhkəmə-tibbi ekspertiza zamanı yeni bir şəxsə aid DNT nümunəsinin aşkarlanması nəticəsində yenilənib.

Daha əvvəl bildirilib ki, Honkonqda yaşayış kompleksində baş verən yanğın nəticəsində dəyən maddi zərər 642 milyon ABŞ dollarından çox qiymətləndirilir.