BAKI, 20 dekabr. TELEQRAF
Rusiyada Şaxta baba və Qar qızın Yeni İl tamaşalarının qonorarları açıqlanıb.
Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, 31 dekabr - 1 yanvar gecəsi Şaxta baba və Qar qızın 50-60 dəqiqəlik ziyarətinin ortalama qiyməti 41.700 rubl (manat ekvivalentində 778 manat) təşkil edəcək. 50 dəqiqəlik ziyarəti 44.800 rubla (manat ekvivalentində 953 manat) təklif edən agentliklər də var.
Şaxta baba və Qar qızın "eksklüziv" geyimlərdə ziyarəti, uşaqlar və böyüklər üçün bayram proqramı ilə birlikdə 76.900 rubla (1636 manat) başa gəlir. Yarım saatlıq proqramın qiyməti 29.300 ilə 62.900 rubl arasında dəyişir.
Bir gün əvvəl Şaxta baba ilk dəfə retro buxar lokomotivində Belqoroda gedib. Orada ehtiyat generatorların köməyi ilə Katedral Meydanındakı əsas Milad ağacını yandırıb.
Bundan əvvəl Velikiy Ustyuqdan olan Şaxta baba Amsterdama səfər etmişdi.