BAKI, 20 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) onun Florida ştatındakı Mar-a-Laqo iqamətgahında apardığı axtarışa görə ABŞ hökuməti adından özünə 1 milyard dollar məbləğində təzminat ödəyə biləcəyini istisna etməyib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Şimali Karolina ştatının Roki-Maunt şəhərində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, yaranmış vəziyyət ABŞ tarixində misli görünməmiş haldır.

“Bilirsiniz, mən iddia qaldırmışam və işi uduram. Amma bir problem var, bu iddianı məhz mən özüm həll etməliyəm. Yəni iddianı mən qaldırıram və onu yenə də mən həll edirəm. Bəlkə də özümə 1 milyard dollar verim və hamısını xeyriyyə fondlarına ayırım. Məntiqlidir, elə deyilmi?” - Tramp bildirib.

O, əlavə edib ki, ABŞ-yə qarşı iddia qaldıran Tramp sonradan prezident olub və indi həmin iddianın taleyini yenə özü müəyyənləşdirməlidir.

“Bu, qəribə vəziyyət deyilmi? Mən özümlə danışıqlar aparmalıyam”, - ABŞ prezidenti deyib.

Tramp zarafatla qeyd edib ki, bəzi insanlar pulu özündə saxlamasını məsləhət görsə də, o bunu istəmir. O bildirib ki, bu vəsait xeyriyyə məqsədlərinə yönəldiləcək.

“Bu, qəribə vəziyyət deyilmi? Mən özümlə danışıqlar aparmalıyam”, — deyə ABŞ prezidenti bildirib.