BAKI, 16 dekabr. TELEQRAF

İtaliyanın baş nazirinin müavini Matteo Salvini Rusiyanın iqtisadiyyatını zəiflətmək məqsədi daşıyan Avropa İttifaqının sanksiyalarının nəticədə Avropanın özünə mənfi təsir göstərdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə "Rete4" telekanalında yayımlanan verilişdə danışıb.

Salvini bildirib ki, təxminən dörd il davam edən münaqişə və 19 sanksiya paketi Avropa iqtisadiyyatlarını ağır vəziyyətə salıb və enerji qiymətlərinin artmasına səbəb olub.

Onun sözlərinə görə, bu siyasət Moskvanı zəiflətməyə nail olmayıb:

“Nə Hitler, nə də Napoleon Moskvanı diz çökdürə bilmədi. Şübhə edirəm ki, bunu Kaya Kallas, Makron, Starmer və Merts bacarsın”.