BAKI, 11 dekabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskva hava məkanının bağlanması səbəbindən əvvəl eniş edə bilmədikdən sonra paytaxta çatıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Hamburqdan havaya qalxan təyyarə əvvəlcə Sankt-Peterburqdakı Pulkovo aeroportuna eniş edib, daha sonra Moskva istiqamətinə yola düşərək paytaxtda eniş edib.
Xatırladaq ki, təyyarə Moskva üzərində təxminən bir saat eniş icazəsi gözləyib, lakin hava limanlarının bağlanması səbəbindən Pulkovo aeroportuna yönləndirilib.
***
10:43
Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskva hava məkanının bağlı olması səbəbindən hava limanına eniş edə bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuat məlumat yayıb.
Məlumata görə, Baş nazirin "ACJ319" tipli təyyarəsi təxminən bir saat Tver vilayəti üzərində dövrə vuraraq eniş üçün icazə gözləyib. Lakin Moskva tərəfindən icazə verilmədiyindən təyyarə ehtiyat marşruta yönəldilib.
Nəticədə təyyarə gecə saatlarında Sankt-Peterburqdakı Pulkovo aeroportuna eniş edib.
Qeyd edək ki, dekabrın 11-nə keçən gecə Ukrayna Moskvaya kütləvi dron hücumu edib. Hücum nəticəsində paytaxtın hava məkanı müvəqqəti olaraq bağlanıb.
Moskva meri Sergey Sobyanin ümumilikdə 32 Ukrayna PUA-sının vurulduğunu bildirib.