BAKI, 7 dekabr. TELEQRAF

Kreml ABŞ Prezidenti Donald Tramp administrasiyasının milli təhlükəsizlik strategiyasına etdiyi dəyişiklikləri müsbət addım kimi dəyərləndirir.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, sənəddə Rusiyanın artıq “birbaşa təhdid” kimi göstərilməməsi və strateji sabitlik sahəsində Moskva ilə əməkdaşlığa çağırışın yer alması müsbət qiymətləndirilir.

“Biz bunu pozitiv addım hesab edirik”, – deyə Peskov vurğulayıb.