BAKI, 3 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların aparılması üçün qanunvericilərdən rəsmi səlahiyyət istəmək niyyətində olmadığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri "RealClearPolitics" portalına verdiyi müsahibədə bildirib.

Jurnalistin "İranla müharibə üçün nə vaxtsa icazə almağa müraciət edəcəksinizmi?" sualına Prezident belə cavab verib:

"Xeyr, mən bunu düşünmürəm".

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei ilə yanaşı, ölkənin bir çox yüksək rütbəli rəsmisi öldürülüb. Baş verənlərə cavab olaraq, İran tərəfi ABŞ və İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.