BAKI, 3 mart. TELEQRAF
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, nazirlik yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticələrinə əsasən, namizədliyini irəli sürmüş 16 nəfərdən 11-i səs çoxluğu qazanaraq İctimai Şuraya üzv seçilib.
"Seçkilərin yekun nəticələrinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura aşağıdakı tərkibdə formalaşıb:
1. Amin Məmmədov - “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi
2. Elman Yusifov - “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyi
3. Elşad Əsgərov - “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi
4. Firuzə Sultan-zadə - “Ekosfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi
5. İmran Əbdülov - “Dalğa” Ekologiya və Təbiətin Qorunması İctimai Birliyi
6. Müqabil Bayramov - “Azərbaycan Kartoqrafları” İctimai Birliyi
7. Tükəzban Ağababayeva - “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi
8. Ülvi Məmmədov - IDEA İctimai Birliyi
9. Yusif Abiyev - “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi
10. Yusif Poladov - “Qırmızı Ürəklər” Fondu
11. Zurab İsrafilov - “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İctimai Birliyi", - məlumatda qeyd olunub.