BAKI, 3 mart. TELEQRAF
Bakı Metropoliteni fevralda 17 milyon 642 min 798 sərnişinə xidmət edib.
Qurumdan Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% artıb.
Ay ərzində “Koroğlu” stansiyasında 1 milyon 575 min 464 istifadəçisi olan stansiya ümumi sərnişinlərin 8,9%-ni daşıyıb.
Ötən ay metroda NFC ilə ödəniş sayı 6 milyon 117 min 3 olub.
Bu, bütün ödənişli sərnişinlərin 30,02%-ni təşkil edir.
Yanvar ilə müqayisədə 980 min 812 nəfər daha çox sərnişin NFC sisteminə üstünlük verib.
“Əlçatan metro” xidməti tərəfindən fevralda 162 sifariş icra edilib. Bu say ötən ilin eyni ayına nəzərən 13,5% daha çoxdur.