BAKI, 3 mart. TELEQRAF

“İran və Yaxın Şərqdə baş verən hadisələr “Tramp Marşrutu” layihəsi üçün təhlükə yaratmır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Bu, çox böyük geosiyasi məsələdir, bəlkə də ən böyük müharibələrdən biridir, Tanrıya şükür ki, bunun bizimlə heç bir əlaqəsi yoxdur. Ümid edirik ki, baş verənlər heç bir formada Ermənistanın maraqlarına təsir göstərməyəcək”, - o bildirib.

Həmçinin Alen Simonyan müharibə fonunda Ermənistan və Azərbaycanın birlikdə sülhün konturlarını tapa bilməsini olduqca sevindirici hal hesab edir.