BAKI, 29 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Hondurasın keçmiş Prezidenti Xuan Orlandonu əfv edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edub.
ABŞ lideri bildirib ki, hörmət etdiyi bir çox insan Hernandesə qarşı haqsız və ədalətsiz davranıldığını deyir. O, həmçinin Hondurasın siyasi və maliyyə baxımından uğurlu yola qədəm qoyduğunu düşünür.
Qeyd edək ki, 27 iyun 2024-cü il tarixində ABŞ Ədliyyə Nazirliyi Nev-York məhkəməsinin Hernandesi narkotiklərin qaçaqmalçılığı ittihamı ilə 45 il müddətinə azadlıqdan məhrum etdiyini açıqlamışdı.