BAKI, 23 sentyabr. TELEQRAF

Yurgen Klopp Almaniya millisində komanda intizamını gücləndirmək üçün yeni qaydalar tətbiq edib.

Teleqraf xəbər verir ki, futbolçular artıq komanda şam yeməyinə vaxtında gəlməlidirlər.

Bundan əlavə, Klopp oyunlardan əvvəl futbolçulara telefonlarından istifadə etməyi qadağan edib. Almaniyalı mütəxəssis bunun komanda daxilində ünsiyyətin və diqqətin artırılması üçün vacib olduğunu düşünür.

Klopp həmçinin futbolçuların böyük beynəlxalq turnirlər zamanı qohumlarını komandaya gətirməsinə də icazə verməyib.

Almaniya millisi sentyabrın 24-də Kloppun rəhbərliyi altında ilk oyununa çıxacaq. Komanda Millətlər Liqasının ilk turunda Niderlandla qarşılaşacaq.