BAKI, 23 sentyabr. TELEQRAF
“İran Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalamağı planlaşdırır”.
Teleqraf xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib.
“Ermənistan və İran rəhbərləri arasındakı dərin etimad sayəsində nəinki əməkdaşlığın hazırkı səviyyəsini qoruyub saxlaya, həm də onu keyfiyyətcə yeni mərhələyə qaldıra biləcəyik. İran və Ermənistan arasında strateji tərəfdaşlığı nəzərdən keçirir və planlaşdırırıq, həmçinin bu tərəfdaşlığı institutsionallaşdırmağa çalışırıq”, - Şirqulami qeyd edib.