BAKI, 23 sentyabr. TELEQRAF

“Əvvəlki yarışlarda da Bakıda kifayət qədər sabit çıxış etmişik. Ümid edirəm ki, bu dəfə də eyni nəticəni göstərə bilərik”.

Teleqraf xəbər verir ki, bu sözləri “Uilliams” komandasının pilotu Aleks Albon Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

O, komandasının cari mövsümcəki performansı barədə danışıb: “Bakı trası bizim bolidə uyğundur. Orta və aşağı sürətli döngələrdə adətən yaxşı nəticə göstəririk. Uzun döngələri çox sevmirik. Amma bu trasda belə döngələr demək olar ki, yoxdur. Əvvəlki illərdə fərqli olaraq, hazırlıqlar zamanı müəyyən kiçik çətinliklər yaşadıq. Bu il məsələn, avtomobilin şassisi, təkərləri fərqlidir. Avtomobilimizdə və güc aqreqatında bəzi problemlər oldu. Eyni zamanda sürücülük baxımından da bu il müəyyən sıxıntılarımız oldu. Lakin düşünürəm ki, yaxşı irəliləyiş əldə etmişik və performansımız getdikcə yaxşılaşır. Artıq hər yarışda tək bir yarış haqqında düşünmürük, hədəfimiz hər yarışda ən yaxşı nəticəni əldə etməkdir. Gələn il də oxşar olacaq, şassi və güc aqreqatında böyük dəyişikliklər olmayacaq. Lakin təkərlər fərqli ola bilər”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.