BAKI, 23 sentyabr. TELEQRAF
“İran üçün ABŞ-nin Ermənistandakı hərbi mövcudluğu qəbuledilməzdir”.
Teleqraf xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami “Tramp marşrutu”ndan danışarkən deyib.
“Yəqin hər kəs ABŞ Prezidenti Trampın BMT Baş Assambleyasındakı çıxışını eşidib. Bu çıxış İran xalqına qarşı düşmənçiliyin nə qədər dərin olduğunu göstərdi. Buna görə də bu iki şərtdən - Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zərər vurmamaqdan, həmçinin sərhədlərin yaxınlığında ABŞ-nin hərbi mövcudluğunun olmamasından çıxış edərək, əgər bu layihə erməni xalqının inkişafına və rifahına töhfə verəcəksə, bizim ona qarşı çıxmağımız üçün heç bir səbəb yoxdur”, - səfir bildirib.