BAKI, 23 sentyabr. TELEQRAF

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə "Şəfa" klubunun hazırlıq planı müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Beşgünlük istirahətdən sonra bu gün səhər saatlarında ilk məşqinə çıxan komanda hazırlığın bir hissəsini Qəbələdə reallaşdıracaq.

Təlim-məşq toplanışı çərçivəsində Zaur Həşimovun baş məşqçisi olduğu kollektiv bir yoxlama matçı da keçirəcək. Oktyabrın 3-də Bakıda təşkil olunacaq qarşılaşmada "Şəfa"nın rəqibi "İmişli" klubu olacaq.