BAKI, 23 sentyabr. TELEQRAF

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 və 17 saylı cəzaçəkmə müəssisələrində əfv sərəncamının icrası həyata keçirilib.

Teleqraf-ın xəbərinə görə, bu müəssisələrdən iki məhkuma əfv sərəncamının bülleteni təqdim olunub, dörd məhkum azadlığa buraxılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla ümumilikdə 20 nəfər əfv olunub.

Azərbaycanda cəza çəkən 5 əcnəbi əfv edilib.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, əfv olunanlar arasında əcnəbi vətəndaşlar da var.

Onlardan 5 nəfəri əcnəbi olmaqla 1-i Fransa, 2-si Türkiyə, 1-i Rusiya, 1-i Pakistan vətəndaşıdır.

Əfv olunanlar arasında 14 Azərbaycan vətəndaşı cəzaçəkmə yerindən azadl edilir.

Bir nəfər isə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.