BAKI, 23 sentyabr. TELEQRAF
Qazaxıstan parlamentinin keçmiş sədri Yerlan Koşanov ölkənin yeni Konstitusiyasına uyğun olaraq yaradılmış ali məsləhətçi orqan - Xalq Şurasının sədri seçilib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Koşanov şuranın Astanada keçirilən sessiyasında sədr seçilib. Onun namizədliyinin lehinə səsvermədə iştirak edən 121 nəfərdən 120-si səs verib, 1 nəfər bitərəf qalıb.
Yerlan Koşanovun bu vəzifəyə namizədliyini Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev irəli sürmüşdü.