NAXÇIVAN, 23 sentyabr. TELEQRAF
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yol qəzası baş verib.
Teleqraf-ın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində qeydə alınıb.
77-KS-302 dövlət nömrə nişanlı "KİA" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu və onun həyat yoldaşı 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Qəza nəticəsində onların 2026-cı il təvəllüdlü övladı Qasımov Rəvan Məğrur oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.