BAKI, 28 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Milli Qvardiya hərbçilərinə hücumda şübhəli bilinən şəxslə bağlı ona ünvanlanan suala görə jurnalisti təhqir edib.

Teleqraf xəbər verir ki, bu, Trampın hərbi bazalarda Şükran Günü münasibətilə keçirilən görüşdən sonra verdiyi mətbuat konfransı zamanı baş verib.

Məlumata görə, jurnalist Trampdan niyə 2021-ci ildə əfqanıstanlı şübhəlinin ABŞ-yə kifayət qədər yoxlanış olmadan buraxıldığını iddia etdiyini soruşub. Prezident isə suala əsəbi cavab verib.

“Çünki onlar həmin şəxsləri ölkəyə buraxıblar. Siz ağılsızsınız? Axmaq adam olduğunuza görə belə sual verirsiz”, - Tramp bildirib.

Xatırladaq ki, 26 noyabrda Ağ Ev yaxınlığında, Vaşinqton şəhərində atışma baş verib və Milli Qvardiyanın iki hərbçisi güllə yarası alıb.