BAKI, 28 noyabr. TELEQRAF

ABŞ hərbi aviasiya üçün indiyədək ən böyük həcmdə sifariş verib.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə görə, hazırda ölkə tarixində heç vaxt olmadığı qədər çox sayda döyüş təyyarəsinin istehsalı sifariş olunub.

Daha öncə Ağ Evin mətbuat katibi Karolayn Leavitt isə qeyd edib ki, ABŞ NATO ölkələrinə böyük həcmdə silah göndərməyə və ya satmağa davam edir. Lakin onun sözlərinə görə, bu proses sonsuz ola bilməz.