BAKI, 28 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda baş verən atışma nəticəsində yaralanan ABŞ Milli Qvardiya əməkdaşlarından birinin öldüyünü açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Virciniya ştatından olan hərbçilərə görüşü zamanı məlumat verib.
Tramp ölən hərbçinin Sara Bekstrom olduğunu və onun Qərbi Virciniya ştatında xidmət etdiyini deyib.
Xatırladaq ki, noyabrın 26-da Vaşinqton şəhərində, Ağ Evin yaxınlığında silahlı insident baş vermiş, iki Milli Qvardiya əməkdaşı ağır yaralanmışdı. Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.