BAKI, 21 noyabr. TELEQRAF
Vaşinqton Rusiya ilə bağlı yeni iqtisadi sanksiyalar tətbiq etməyə və Ukraynaya silah tədarükünü davam etdirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında bildirib.
Uolts vurğulayıb ki, Rusiya atəşkəs çağırışlarını qulaq ardına vurmaqda davam edərsə, ABŞ əlavə təzyiq vasitələri tətbiq etməyə hazır olacaq.
“Biz Ukraynanın müdafiəsi üçün silah tədarükünü də davam etdirəcəyik”, - deyə o əlavə edib.