BAKI, 29 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Hindistana 399 milyon 206.99 min dollar dəyərində 524 min 337.96 ton xam neft ixrac edilib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın neft ixracında Hindistan dördüncü yerdə qərarlaşıb.
Hesabat dövründə ölkədən ümumilikdə 9 milyard 281 milyon 893.55 min dollar dəyərində 14 milyon 677 min 951.60 ton xam neft ixrac edilib.
Ən çox xam neft ixrac edilən ölkələr sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 5 milyard 226 milyon 65.04 min dollar dəyərində 8 milyon 470 min 707.19 ton neft ixrac edilib.
İkinci yerdə Çexiya qərarlaşıb. Bu ölkəyə 1 milyon 60 min 41.10 ton xam neft ixrac edilib və ixracın ümumi dəyəri 712 milyon 772.98 min dollar təşkil edib.
Üçüncü yeri isə Rumıniya tutub. Bu ölkəyə 924 min 913.09 ton xam neft ixrac edilib. İxracın statistik dəyəri 581 milyon 706.77 min dollar təşkil edib.
Bundan əlavə, Hindistana 524 min 337.96 ton (399 milyon 206.99 min dollar), Tunisə isə 429 min 376.15 ton (266 milyon 294.27 min dollar) həcmində xam neft ixrac olunub.