BAKI, 29 sentyabr. TELEQRAF
Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Kokerlə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər Qırğızıstan-Böyük Britaniya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.
Ticari-iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, Qırğızıstanda energetika və logistika sahələrində iri infrastruktur layihələrinin həyata keçirilməsinə Britaniya təcrübəsinin və investisiyalarının cəlb edilməsi məsələləri nəzərdən keçirilib. Kritik minerallar sahəsində əməkdaşlığın perspektivlərinə xüsusi diqqət yetirilib.
J.Kulubayev sanksiyalardan mümkün yayınmalara yol verilməməsi istiqamətində həyata keçirilən praktiki işlər barədə Britaniya tərəfinə ətraflı məlumat verib.
Tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələlərini və Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər.