BAKI, 1 noyabr. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 2-də İraqa səfər edəcək.

Teleqraf xəbər verir ki, səfər çərçivəsində Hakan Fidanın İraqın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcəyi planlaşdırılır.

Görüşlərdə ikitərəfli münasibətlər və bölgədəki aktual məsələlər müzakirə olunacaq.