BAKI, 30 oktyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı "Telegram" kanalında məlumat verib.
Zelenskinin sözlərinə görə, yaxın vaxtlarda qəbul ediləcək yeni sanksiyalar əsasən Rusiya hərbi sənayesi və media sektoruna yönələcək.
Prezident əlavə edib ki, Ukrayna öz yurisdiksiyası çərçivəsində Avropa İttifaqının 19-cu anti-Rusiya sanksiya paketini sinxronlaşdıracaq.