BAKI, 18 oktyabr. TELEQRAF
ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski Ukrayna münaqişəsinin gələcək inkişafı barədə fikir ayrılığına düşüblər.
Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən xəbər verib.
Məlumata görə, tərəflər arasında baş tutan danışıqlar “gərgin, açıq və bəzən narahatedici” keçib. Mənbələrin bildirdiyinə görə, görüş zamanı Tramp Vaşinqtonun Kiyevə "Tomahawk" qanadlı raketləri verməyəcəyini bildirib. ABŞ lideri bu tələbi Ukrayna rəhbərliyinin münaqişəni eskalasiya etməyə yönəlmiş addımı kimi qiymətləndirib.