BAKI, 15 oktyabr. TELEQRAF

Niderland Ukraynaya dron tədarükünü genişləndirmək üçün əlavə 90 milyon avro vəsait ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans NATO müdafiə nazirlərinin görüşü zamanı bildirib.

Nazir deyib ki, məqsəd Ukrayna ordusunun quruda vəziyyətini gücləndirməkdir.

"NATO ölkələri Ukraynaya hərbi sahədə daha çox dəstək göstərməlidir. Həmçinin hava hücumundan müdafiə imkanlarının artırılması vacibdir",- o qeyd edib.